Boksçularımız böyük zəfərə doğru

media-hightechnic-468x90

trend_boks_160615_13Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında boksçuların yarışında 5 idmançımız rinqə çıxacaq. Onlardan 4 nəfəri Avropa Oyunlarında ilk döyüşünə çıxacaq.

Yenicag.az trend-ə istinadən  xəbər verir ki, bu gün Kristal Zalda keçirilən yarışlarda rinqə ilk çıxacaq boksçumuz Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva olacaq. O, Avropa Oyunlarındakı ilk döyüşündə 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Kişi boksçularımızdan isə ilk olaraq rinqə Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov çıxacaq. Yarışlara 1/8 finaldan qoşulan idmançımız Moldova boksçusu Vasili Belousla üz-üzə gələcək. Döyüş saat 14:15-də başlayacaq. Qeyd edək ki, püşkə əsasən P.Bağırov 1/16 final mərhələsindən azad olub.

Ondan sonra, saat 15:30-da ağır çəkili (91 kq) boksçumuz Aldulkadir Abdullayev Avropa Oyunlarında ilk döyüşunə çıxacaq. O, 1/4 final mərhələsinə vəsiqə əldə etmək üçün Macarıstan təmsilçisi Adam Hamori ilə mübarizə aparacaq. Püşkə əsasən A.Abdullayev də 1/16 final mərhələsində döyüşlərdən azad idi.

Saat 20:30-da isə təmsilçimiz Kollazo Sotomayor növbəti döyüşünə çıxacaq. Birinci yarım-orta çəkidə (64 kq) çıxış edən Sotomayorun 1/8 finaldakı rəqibi moldovalı Dmitri Qalaqot olacaq. Qeyd edək ki, bundan əvvəlki mərhələdə təmsilçimiz Sloveniya boksçusu Edin Seydinoviçi yarışdan kənarlaşdırmışdı.

Bu gün təmsilçilərimizdən rinqə son olaraq püşkə əsasən 1/16 final mərhələsindən azad edilmiş, Azərbaycanı orta çəkidə (75 kq) təmsil edən Xaybula Musalov çıxacaq. Saat 21:00-da başlayacaq 1/8 final mərhələsindəki döyüşdə o, Fransadan olan boskçu Kristian Mbilli Assomo-Hallier ilə münasibətlərə aydınlıq gətirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600