Boksçularımızı gərgin mübarizə gözləyir

media-hightechnic-468x90

скачанные файлыBu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinə start veriləcək.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, 7 çəkidə yarımfinalçılar bilinəcək.

Azərbaycanın kişi boksçuları bütün çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Kişilər arasında 49 kq çəki dərəcəsində Avropa və dünya çempionu Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulacaq. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayacaq.

52 kq çəkidə Elvin Məmişzadə Bolqarıstan təmsilçisi lDaniel Asenovla döyüşəcək.

56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qarşılaşacaq.

81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşacaq.

+91 kq çəki dərəcəsində isə Məhəmmədrəsul Məcidovun 1/4 finalda rəqibi türkiyəli Ali Dəmirəzəndir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa