!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bölgələrdə bank xidmətlərinə ƏLÇATANLIQ: “Azərpoçt bu təcrübəyə malikdir”- AÇIQLAMA

!Reklam – Yazi

“Hər bir bölgəmizdə şəbəkələrimizin olmasını nəzərə alaraq bank xidmətlərini bizim vasitəmizlə vətəndaşlara təqdim edə bilər”.

Bu sözləri “Azərpoçt”un banklarla əməkdaşlığa dəvəti məsələsinə münasibət bildirən “Azərpoçt”un ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova Yenicag.az-a açıqlamasında qeyd edib:

“Hazırda bu cür təcrübə mövcuddur. Azərpoçt öz şəbəkələrinin çoxluğundan istifadə edərək müəyyən bir bankın bütün ölkə üzrə filialları yoxdursa, hər bir bölgəmizdə şəbəkələrimizin olmasını nəzərə alaraq bank xidmətlərini bizim vasitəmizlə vətəndaşlara təqdim edə bilər.

Məsələn, vətəndaşlar Gədəbəydə hansısa Azərpoçt məntəqəsində regionda filialları olmayan bankların təqdim etdiyi xidmətlərdən yararlana bilər. Azərpoçt bu təcrübəyə malikdir və bunu icra etmək potensialımız mövcuddur.

Bizə məxsus olan müvafiq xidmətlərdən biri də bundan ibarətdir ki, digər biznes subyektləri öz məhsullarını bizim üzərimzdən vətəndaşlara satışını həyata keçirə bilirlər. Tutaq ki, satışı edən tərəf kitab satmaq niyyətindədir. Kitabları bizim şöbələrə təhvil verdikdən sonra satışları həyata keçirə bilirik.

Eyni ilə də bank xidməti bura daxildir. Misal üçün, bu gün bizim real partnyorumuz ”Azercell”dir. Biz bu subyektin nömrələrindən əlavə olaraq xidmətlərinin satışını da icra edirik. Həmin mexanizm banklara tətbiq edilə və tərəflər də bundan istiadə edə bilərlər”.

Yusif Səmədzadə

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv