Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bölgələrə gedənlərin DİQQƏTİNƏ - Bu qatarlar müvəqqəti işə salındı

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olunub.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir.

19, 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.

www.yenicag.az

571