Boliviya prezidenti Evo Morales və vitse-prezidenti Alvaro Qarsiya Linera rəsmən istefa verdiyini elan edib.
Yenicag.az xəbər verir ki, bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı ölkədə sabitliyin təmin olunması üçün istefa çağırışı edib.
İstefadan sonra müxalifətin üzvü Luis Fernando Kamaço bildirib ki, E. Morales barəsində həbs qərarı çıxarılıb:
“Boliviyada prezident Evo Moralesin həbs edilməsi üçün axtarış elan edilib”.
Meksikanın xarici işlər naziri bu ölkənin Marselo Ebrard vəzifəsindən istefa verən Evo Moralesə sığınacaq verməyə hazır olduğunu qeyd edib.
“Müdaxilə etməmək və sığınacaq vermək ənənəsinə uyğun olaraq Meksika La Pasdakı rəsmi iqamətgahında Boliviyanın icra və qanunverici orqanının 20-dən çox əməkdaşına sığınacaq verib. Evo Moralesə sığınacaq verilməsini də təklif etmişik”, – deyə XİN rəhbəri yazıb.
Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb.
Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.
www.yenicag.az