Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Bolqarıstan idmançıları artıq Bakıda

Reklam: High Technic

143331261048831151_750x500Birinci Avropa Oyunlarında iştirak edəcək Bolqarıstanın boks üzrə milli komandası artıq Bakıya gəlib.

Yenicag.az azertac-a istinadən xəbər verir ki, Bolqarıstan komandası Palmi Rançev və Mixail Tankovun rəhbərliyi ilə paytaxtımızda 9 boksçu ilə məşq keçir. Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan Radoslav Panteleyev apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində birinci yeri qazanıb. Tinko Banabakov (49 kq) da “Böyük İpək Yolu” turnirində mükafatçılar sırasına daxil olub. O, yalnız finalda rusiyalı Bator Saqaluyevə uduzaraq gümüş medalla kifayətlənib. Qeyd edək ki, T.Banabakov “Baku Crystal Hall”da keçirilən yarışda milli komandamızın üzvü Salman Əlizadədən də üstün olmuşdu.

“Bakı-2015”də Bolqarıstan millisinin heyətində Tinko Banabakov (49 kq), Daniel Asenov (52 kq), Stefan İvanov (56 kq), Elian Dimitrov (60 kq), Ayrin İsmetov (64 kq), Simeon Çamov (69 kq), Radoslav Pantaleyev (81 kq), Kristian Dimitrov (91 kq) və Petr Belberov (91 kq-dan yuxarı) rinqə çıxacaqlar.

Loading...

www.yenicag.az

314
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100