Bolqarıstan prezidentindən İlham Əliyevə maraqlı hədiyyə-Foto
Bolqarıstan prezidentinin dəvəti ilə bu ölkədə səfərdə olan prezident İlham Əliyev həmkarı ilə görüşüb.
Rosen Plevneliyevlə görüşən dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyannamə imzalayıb.
Görüş zamanı Bolqarıstan prezidenti İlham Əliyevin qoluna bu ölkə üçün spesifik olan və yazın gəlməsini bildirən “martenitse” bağlayıb. Qeyd edək ki, adını mart ayından götürən bu ənənəyə görə, ağ və qırmızı rənglərin birləşməsindən ibarət aksessuarlar ayın ilk günləri insanların bir-birinə etdiyi ən dəyərli hədiyyə hesab edilir(qafqazinfo).