!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boşanmaların sayında KATASTROFİK ARTIM: “Zorakılıq və mənəvi dəyərlərin sürətlə aşınması...”

!Reklam – Yazi

“Hazırda boşanmalarının çoxalmasının əsas səbəblərindən biri ailələrdə zorakılıq hallarının artması və mənəvi dəyərlərin getdikcə aşınmasıdır”.

Bu fikirləri Dövlət Statistika Komitəsinin 2024-cü ilin ilk ayında boşanmaların sayının nikah sayını üstələməsi ilə bağlı məlumatına münasibət bildirən professor Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sosioloq belə bir neqativ statistikanı şərtləndirən əsas səbəbləri açıqlayıb və vəziyyətdən çıxış yollarını göstərib:

“Bu gün boşanmaların əsas səbəblərindən biri ailələrdə zorakılıq hallarının artması və mənəvi dəyərlərin getdikcə aşınmasıdır. Ailə mənəvi dəyərlər əsasında qurulmalıdır. Mənəvi əsasları güclü olan ailələrdə boşanma hallarına rast gəlinmir. Mənəvi dəyərlər arxa plana keçəndə isə boşanmaların da sayı artır.

Boşanmaların sayının azalması üçün zorakılıq hallarının qarşısı alınmalıdır. Bu gün sosial şəbəkələr, seriallar, filmlər də boşanmaların çoxalmasında özünəməxsus rol oynayır. Ümumiyyətlə, boşanmaların artmasında 4 mühüm amil həlledici təsirə malikdir:

İnsanın psixoloji xüsusiyyətləri; yaşadığı mühitdə boşanmaya münasibət; hansı dəyərlərə üstünlük verməsi; aldığı informasiyalar.

Buraya sosial şəbəkələr, baxılan seriallar, filmlər, oxunan kitablar və sair daxildir. Qeyd olunan dörd amil davranışı müəyyənləşdirir. Boşanmaların qarşısının alınması üçün yeni modellər qurulmalıdır. Amma hələ ki bu modellər yoxdur”.

Cəvahir

COP29

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv