Botokslar məni bərbad hala salmışdı... – Türkan
“Vaxtilə mənə olunan uğursuz əməliyyat – botokslar, kosmetoloji prosedurlar məni bərbad hala salmışdı”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Öz aramızda” verilişində deyib.
Sənətçi uğursuz estetik əməliyyatlardan danışıb. O, “neçə dəfə əməliyyat etdirmisiz” sualını da cavablandırıb:
“Bir tək üz əməliyyatı etdirmişəm. Bizdə nəsillikcə gözümüzün üstü ətli olur. Ona görə etdirdim. Güzgüdə görürdüm özümü, deyirdim, o deyiləm. Getdim, üzgərmə və göz əməliyyatı etdirdim. Vaxtilə olunan uğursuz əməliyyat – botokslar, kosmetoloji prosedurlar məni bərbad hala salmışdı. Məni məhv etmişdilər, yenidən əməliyyata məcbur oldum. Belə də ki, insan yaşa dolur, dəyişir, məcbursan əməliyyat etdirəsən. Bunu adi evdar xanımlar da edir. Hamı gözəl görünmək istəyir, bu da normal haldır”.
Nehru