“Boyalı gülüşlər” çapdan çıxıb
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin yeni yazdığı “Boyalı gülüşlər” kitabı çapdan çıxıb.
424 səhifəlik nəşrdə 284 məzəlı əhvalat yer alıb. Kitab Azərbaycanın fırça və tişə ustaları haqqında söylənmiş, yaxud onların söylədikləri məzəli əhvalatlardan ibarətdir.
Müəllif açıqlamasında bildirib: “Kitabda verilmiş mətnlər gələcək nəsil üçün heç vaxt üzünü görə bilməyəcəkləri adlı-sanlı sənətkarlarımız barədə təbəssümə bələnmiş bir dodaqqaşıran məlumat olacaq”.
Oxucular ölkənin tanınmış sənətkarları Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə və onlarla digər yaradıcı insanların həm də şarjları yer alıb.
(az.salamnews.org)