Böyük Britaniya və Fələstin Azərbaycana başsağlığı verdi
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi dünən baş verən yanğınla əlaqədar Azərbaycan xalqına baş sağlığı verib.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, səfirlik dünyasını dəyişmişlərin ailəsinə səbr diləyib: “Allah rəhmət eləsin”.
Eyni zamanda Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib. Səfir Fələstin xalqının baş vermiş hadisənin acısını Azərbaycan xalqı ilə bölüşdüyünü bildirib.
N.Əbdül Kərim həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.