Böyük Britaniyanın baş naziri növbəti ümumi seçkiləri iyul ayına təyin etmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Guardian” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Böyük Britaniyanın Baş naziri Rishi Sunak ötən gün Bukinqem Sarayına gedərək, kraldan parlamenti buraxmasını xahiş edib ki, bu, iyulun 4-də keçiriləcək ümumi seçkilərə səbəb ola bilər.
Məlumata görə, hazırkı sorğular göstərir ki, hakim Mühafizəkarlar Partiyası çox ağır məğlubiyyətə məruz qalaraq, 13 illik hakimiyyətlərinə son qoya bilər.
Analitiklərin fikrincə, leyboristlər 13 ildən sonra toriləri hakimiyyətdən sala bilərlər.
“Marqaret Tetçer və Uinston Çörçil kimi dünya siyasətinin əfsanələrinin partiyası son 20 ildə ən aşağı reytinqə malikdirlər. Leyboristlər isə Fələstin mövzusunda çox qeyri-adekvat reaksiyalarına görə müsəlman seçicilər ilə daha sıx çalışmalı olacaqlar. Son bələdiyyə seçkilərində müsəlmanlar İşçi partiyasına sarı kart göstərdi”, o qeyd edib.
Leyboristlərin lideri, Birləşmiş Krallıq baş nazirliyinə namizəd Kair Staimer isə söyləyib ki, hazırda onlar üçün tarixi şans yaranıb.
“Britaniya xalqı bu dəfə “İşçi” deyə bilər. Böyük Britaniya biz hakimiyyətə gələcəyimiz təqdirdə, Ukraynaya dəstəyi tam sürəti ilə davam etdirəcək”, – deyə o bildirib.
Bundan əlavə, ingilis nəşri hakimiyyətdaxili mənbələrinə istinadla əlavə edib ki, mühafizəkarların bəzi üzvləri seçkiyə Sunakın liderliyi ilə getmək istəmirlər. KİV-in qənaətinə görə. sabiq baş nazirlər Liz Truss və Boris Conson Torilərə liderlik iddiasını irəli sürürlər.
Onlar hesab edirlər ki, torilər seçkiyə yenilənmiş şəkildə getməlidirlər. Torilər iqtidarda qalmaq üçün çoxlu çalışmalı olacaqlar.
Rafi Müslümov
www.yenicag.az