“Böyük futbolçu olmaq böyük məşqçi olmaq deyil”

media-hightechnic-468x90

87812Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki açıqlama verib. Yenicag.az xəbər verir ki, goal.com saytına danışan mütəxəssis ölkəmizdəki fəaliyyəti haqqında fikirlərini bildirib.

Prosineçki əvvəlcə özü barədə danışıb: “Böyük futbolçu olmaq böyük məşqçi olmaq deyil. Futolçu olarkən uğurlar qazanmışam. Amma məşqçi kimi bunu etməmişəm. Hazırda ən böyük məqsədim öz futbolçularıma uğur qazanmağın yollarını aşılamaqdır. Azərbaycan millisinin böyük potensialı var. Gənc oyunçular oynamaq üçün çalışırlar, özlərini sübut etmək istəyirlər. Futbola maliyyə yatırılır və infrastruktur yaradılır. 2020-ci il Avropa çempionatının final oyunlarından 4-nün Bakıda keçirilməsi əla oldu. Biz də gərək həmin turnirdə oynamaq üçün əlimizdən gələni edək. Yaxşı nəticə göstərməklə azarkeşlərə futbolun inkişaf etdiyini sübut etməliyik”.

Xorvatiyalı çalışdırıcı Bakıda keçiriləcək 1-ci Avropa oyunları haqqında da fikirlərini bölüşüb: “Avropa oyunlarının keçirilməsi ölkədə idman üçün infrastrkturun yaxşılaşdırılmasına kömək etdi. Bu Azərbaycan üçün böyük yarışdır. Futbol üçün də yeni stadionlar inşa olundu. İnanıram ki, bu turnir ölkədə bütün idman növlərinin inkişafına təkan verəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600