Böyük şirkətin vitse-prezidenti intihar etdi
Cənubi Koreyanın nəhəng konqlomeratı “Lotte Group”un vitse-prezidenti Li İn-Vonun bu gün səhər saatlarında meyiti tapılıb. Onun meyitini Seulun 50 kilometr şərqindəki kənd yerində yoldan keçənlər görüblər.
Polisdən bildirildiyinə görə, o, özünü qalstuku ilə asıb. 69 yaşlı Li İn-Von şirkətə qarşı başladılan korrupsiya araşdırması üzrə bu gün izahat verməyə getməli idi.
İyul ayında “Lotte”nn yaradıcısı 73 yaşlı Sin Yun-Yanın böyük qızı şirkətin vəsaitini israfçılıqda və fırıldaqçılıqda şübhəli bilinərək saxlanılıb.
Li İn-Von Sin ailəsinə daxil olmasa da, şirətin ən nüfuzlu rəhbərlərindən biridir. O, “Lotte”də 1973-cü ildən işləməyə başlayıb.
“Lotte Group” üçün son illər kifayət qədər ağır keçib. Şirkətin yaradıcısı və onun böyük qardaşı konsernin direktorlar şurasındakı yerlərini kiçik oğlu Sin Donbina ilə münaqişəyə görə itiriblər.(modern)