!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BQXK Ermənistanda əsirlikdə saxlanılan Amin və Bayramla görüşüb?

!Reklam – Yazi

Azərbaycanlı hərbi əsirlər – Amin Musayev və Bayram Kərimovun geri qaytarılması üçün dialoqlar davam etdirilir.

Yenicag.az-ın məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Modern.az-a bildirib ki, saxlanılan şəxslərlə əlaqədar münaqişə tərəflərilə dialoq aparır: “Saxlanılan şəxslərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir”.

Qurumun mandatına uyğun olaraq, əsir düşmüş azərbaycanlı hərbçilər – Amin Musayev və Bayram Kərimova baş çəkməsinə gəlincə, İ.Hüseynova deyib ki, Komitənin əməkdaşları saxlanılan şəxslərə baş çəkib, konkret olaraq məlumat isə ailə üzvlərinə verilib, ictimaiyyətə açıqlanmır.

İ.Hüseynovanın sözlərinə görə, əsir və girovların dəyişdirilməsilə bağlı konkret müddət nəzərdə tutulmayıb:

“Bu qərar tamamilə münaqişə tərəflərindən asılıdır. Yəni münaqişə tərəfləri qərar verdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə tərəflərinə əməliyyatın yerinə yetirilməsində neytral vasitəçi kimi dəstək verir. Amma qərar tamamilə münaqişə tərəflərindən asılıdır”.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var. Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb. Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

***

İlahə Hüseynova “Qafqazinfo”ya bildirib ki, onun fikirləri düzgün anlaşılmayıb: “Mən komitənin mandatını izah etmişəm. Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı budur ki, saxlanılan şəxslərə baş çəkirik. Başçəkmə zamanı da ailəyə məlumat verilir. Heç kəsin şəxsi məlumatı ictimaiyyətə açıqlanmır. Mən konkret kiməsə baş çəkildiyi barədə məlumat verməmişəm”.

 

www.yenicag.az

1090
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv