“Bravo”dan alınan şokoladdan qurd çıxdı - VİDEO

media-hightechnic-468x90

“Bravo” supermarketindən alınan şokoladın içindən qurd çıxıb.

Yenicag.az xəbər verir ki, “Bravo” supermarketindən alınan “Nestle” şokoladından qurd çıxması alıcını şoka salıb.

Bu durumu sosial şəbəkələrdə ictimailəşdərən müştəri həmin şokoladdan 1 kiloqram aldığını da təəssüflə vurğulayıb.

Məsələni aydınlaşdırmaq üçün “Bravo” Supermarketlər Şəbəkəsinə etdiyimiz davamlı zənglərə cavab verilmədi.

Qeyd edək ki, “Nestle” şokoladları Azərbaycana əsasən, “Veysəloğlu” şirkəti tərəfindən gətirilir.

Məsumə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa