Braziliyadakı iğtişaşlarda ABŞ-nin rolu nə qədərdir? - ŞƏRH

media-hightechnic-468x90

“Braziliyada hökumət qüvvələri ilə narkotik kartelləri arasında baş verən qarşıdurmaları ABŞ Prezidenti Donald Trampın maraqları ilə əlaqələndirmək, açıq şəkildə əsassız və manipulyativ yanaşmadır. Tramp hazırda ABŞ prezidenti olsa da, bu hadisələrin onun idarəçiliyi ilə əlaqəsi yoxdur”.

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Braziliyada baş verən son qarşıdurmaların qızışdırılmasında ABŞ faktorunun olması iddialarını Yenicag.az-a şərh edərkən deyib.

O bildirib ki, Tramp Administrasiyası narkotik kartellərinə qarşı sərt və sistemli mübarizə xətti yürüdür:

“Onun siyasəti Latın Amerikasında sabitliyi qorumaq, ABŞ-nin sərhədlərinə yönələn narkotik axınını azaltmaq məqsədi daşıyır. Trampın “Amerika əvvəlcə” doktrinası heç bir halda başqa ölkələrdə xaos yaratmaq anlamına gəlmir. O, ABŞ-nin qlobal gücünü qorumaqla yanaşı, regionlarda dövlət institutlarını gücləndirməyi prioritet hesab edir. Braziliyadakı qarşıdurmalar isə illərlə davam edən korrupsiya, sosial bərabərsizlik və kriminal iqtisadiyyatın nəticəsidir. Bu, Trampın siyasətindən deyil, Braziliyanın daxili idarəçilik böhranından qaynaqlanır. Bəzi Qərb media orqanlarının Trampı bu hadisələrlə bağlaması siyasi motivlidir və obyektivlikdən uzaqdır”.

Ekspert vurğulayıb ki, ABŞ lideri hakimiyyətə gəldiyi gündən bəri beynəlxalq narkoticarətlə mübarizəni prioritet elan edib:

“O, kartellərin təkcə ABŞ üçün deyil, bütün Qərb yarımkürəsi üçün təhlükə olduğunu dəfələrlə vurğulayıb. Bu mənada Trampın sözügedəb hadisələrdən “fayda” götürməsi barədə deyilənlər məntiqsizdir. Əgər Tramp bu situasiyadan “qazanc” əldə edirsə, bu yalnız ABŞ-nin regionda nüfuzunun artması və təhlükəsizlik məsələlərində lider kimi görünməsi ilə bağlı ola bilər. Onun məqsədi münaqişə yaratmaq yox, onu nəzarət altına almaqdır. Trampın idarəçilik tərzi sərt, bəzən populist görünsə də, nəticəyə yönəlib. Braziliyadakı hadisələri onun adına yazmaq nə diplomatik, nə də analitik baxımdan doğrudur. Əksinə, Trampın siyasəti sabitlik, nizam və ABŞ-nin qlobal liderliyini qorumağa yönəlmiş strategiyanın davamıdır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa