!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brend mağaza alıcının şikayətini təmin etmədi, jurnalisti hədələdi – FOTOFAKT

!Reklam – Yazi

63629_bYENİCAG.AZ xəbər verir ki, AZƏRBAYCAN24 maraqlı şikayət məktubu yayınlayıb. Məktubda Bakıda fəaliyyət göstərən brend mağazanın müştərini aldatdığı, qüsurlu(zədəli) geyim satdıqları qeyd olunub. Məsələni ikitərəfli araşdırmaq qərarına gəldik. İlk olaraq, mağazanın meneceri əməkdaşımızla əlaqə saxlayaraq həmin şikayətə mağazanın hüquqşünasının müdaxilə edəcəyini, redaksiyamızla əlaqə saxlayacağını bildirib.

Lakin, hadisələr tam başqa məcrada inkişaf edib. Martın 24-də səhər saatlarında özünü brend mağazanın hüquqşünası kimi təqdim edən Məhəmməd adlı şəxs əməkdaşımıza zəng edərək ona hədə-qorxu gəlib, məlumat yayımlanacağı təqdirdə AZƏRBAYCAN24-ü məhkəməyə verəcəklərini bildirib.

AZƏRBAYCAN24 brend mağazaya müraciət edərək hədə-qorxu gəlmək yolu ilə fəaliyyət göstərə bilməyəcəklərini, Azərbaycanda qanunların aliliyinin tam təmin olunduğunu qeyd etmək istəyirik. Biz, dövlət başçısı səviyyəsində ictimai nəzarətə çağırış olunduğu bir vaxtda istehlakçı hüquqlarının pozulması ilə bağlı ciddi dəlillərə söykənən bu iddianı işıqlandırmağı özümüzə borc bilirik. Təbii ki, AZƏRBAYCAN24 hər zaman qarşı tərəfin mövqeyini dinləməyə və yayımlamağa hazırdır.

Şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

“Mətbuatda, televiziyada, radioda dəfələrlə istehlakçı hüquqlarının pozulması haqqında məlumatlara rast gəlirdim.Və bu pozuntular mənə qəribə gəlirdi. Bu yaxınlarda özum belə bir hal ilə rastlaşdıqdan sonra əmin oldum ki, həqiqətən də, istehlakçılar öz hüquqlarını qoruya bilmirlər. Təxminən 2 ay bundan əvvəl şəhərin mərkəzində yerləşən məşhur brend mağazalardan olan “Scoop Emporium”-dan paltar almaq istədim. Mağazaya daxil olduqdan sonra “Hudson” adlı brendin şalvarı xoşuma gəldi. Şalvar parıldayan materialdan tikilmişdi və diz hissəsində balaca bir cızıq var idi. Bu cızığı gördükdən sonra məndə şalvarın keyfiyyəti barədə şübhə yarandı və satıcıdan əlavə məlumat istədim. Satıcı isə dəfələrlə bu şalvarla bağlı heç bir problemin olmadığını, çoxlu sayda satıldığını və yüksək keyfiyyətdə olduğunu əminliklə dedi. Nəticədə şalvarı aldım və bir dəfə geyindikdən sonra bir hissəsinin rəngi getdi.  Səhərisi gün şalvarı “Scoop Emporium”a apardım, satıcı və administratora iradımı bildirdim. Onlar şalvardakı qüsuru görüb iradımla razilaşdılar və bildirdilər ki, “Hudson” adlı brendə e-mail vasitəsilə qüsurla bağlı iradları bildirib, 2 həftə ərzində mənə firmanın cavabını bildirəcəklər. Beləliklə, şalvarı mağazada saxladılar və mən cavab gözləməyə başladım. Deyilən vaxtdan bir ay keçəndən sonra zəng gəlmədiyi üçün özüm mağaza ilə əlaqə yaratdım. Dəfələrlə, mənə brendən cavab gəlmədiyini bildirdilər. Sonuncu zəngimdə isə brendin şikayətimi rədd etdiyini bildirdilər. Şalvarı da mənə qaytarıb dedilər ki, get əlindən nə gəlir, et. Bir daha şahid oldum ki, istehlakçıların hüquqlarına hörmətlə yanaşılmır və istehlakçı öz hüquqlarını bərpa etmək üçün uzun və lüzumsuz məhkəmə prosseslərinə ümid bəsləməlidir”. /Azərbaycan24

COP29

www.yenicag.az

1242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv