!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyada seçkilər bu tarixdə keçiriləcək

!Reklam – Yazi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak növbədənkənar parlament seçkilərinin iyulun 4-də keçiriləcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, Londonda çıxış edərkən bildirib.

O, kral III Çarlzdan parlamenti buraxmaq və seçki keçirmək üçün icazə aldığını bildirib.

“İndi Britaniyanın öz gələcəyini seçmək vaxtıdır; əldə etdiyimiz irəliləyişə əsaslanmaq, yoxsa özümüzü ən əvvəldəki kimi, plansız, qeyri-aydın gələcək riski ilə üz-üzə qalmaq istədiyimizə qərar verməliyik. Bu gün səhər saatlarında Əlahəzrət Kral III Çarlz ilə söhbətdə ondan parlamentin buraxılmasını xahiş etdim. Kral bu xahişimi müsbət cavablandırdı və iyulun 4-də bizdə ümumi seçki olacaq”, – R.Sunak deyib.

O əlavə edib ki, seçkilər soyuq müharibənin bitməsindən bəri ən təhlükəli qlobal mühitdə keçiriləcək.

Seçkilərin vaxtından əvvəl keçirilməsinin səbəbləri açıqlanmasa da, “The Times” qəzeti səhər saatlarında dərc olunan inflyasiya ilə bağlı məlumata diqqət çəkib. Belə ki, apreldə Nazirlər Kabineti qiymət artımını illik ifadədə 2,3 %-ə endirməyə nail olub. Bu, Sunakın vəzifəyə başladığı 2022-ci ilin oktyabrındakı 11,1 %-dən xeyli aşağıdır və İngiltərə Bankının 2 %-lik hədəfinə yaxındır. Politoloqlar hakim Mühafizəkarlar Partiyasının lideri Sunakın seçki keçirmək üçün bu fürsətdən istifadə etmək qərarına gəldiyini istisna etmirlər./Report/

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv