Böyük Britaniyada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.
Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü Fəridə Pənahovanın təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Xocalı həqiqətlərini əks etdirən LED ekranlı maşınlar London və Edinburq şəhərlərində hərəkət edib, eləcə də əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq soyqırımı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıblar.
Qeyd edək ki, əvvəllər olduğu kimi bu il də Böyük Britaniyada həyata keçirilən aksiya geniş ictimai maraq doğurub. Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş bu tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması, soyqırımın tanıdılması və erməni işğalçılarının törətdiyi cinayətlərin dünya miqyasında ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
www.yenicag.az