!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşü ƏRƏFƏSİNDƏ: “Avropa İttifaqı da ATƏT-in Minsk qrupunun acı təcrübəsini davam etdirəcəksə...”

!Reklam – Yazi

“Düşünürəm ki, Avropa İttifaqı və onun rəhbərliyi bu prosesdə real irəliləyişin baş verməsində maraqlı olduğunu göstərəcək”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə nəzərdə tutulan növbəti görüşünün mümkün nəticələrini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Brüssel prosesi” çərçivəsində baş tutan görüşlərin nəticələrinin nə səviyyədə icra olunmasının monitorinqinin aparılmasına ciddi ehtiyac var:

“Əgər Avropa İttifaqı özünün vasitəçilik missiyasında real nəticə ortaya qoymaqda maraqlı olacaqsa, o zaman gözləntilərin əsaslı olduğunu düşünə bilərik. Çünki nəticənin olması üçün zəmin və imkanlar mövcuddur.

Digər tərəfdən, ötən ilin dekabrından başlayan şərti “Brüssel prosesi” çərçivəsində baş tutan görüşlərin nəticələrinin nə səviyyədə icra olunmasının monitorinqinin aparılmasına ciddi ehtiyac var.

O baxımdan, gözləntilər, ilk növbədə, bundan ibarətdir ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilmiş görüşlərdə təqdim olunan “Yol xəritəsi”nin icra vəziyyəti müzakirə olunmalı və tərəflərin hər biri ilə açıq söhbət edilməlidir.

Xüsusilə sərhədlərin delimitasiyası, sülh sazişinin mətninin hazırlanmasına yönəlik komissiyaların yaradılması, o cümlədən Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı məlumat mübadiləsinin aparılması və digər mühüm məsələlərə diqqət yetirilməlidir.

Yox, əgər Avropa İttifaqı da ATƏT-in Minsk qrupunun acı təcrübəsini davam etdirəcəksə, təbii ki, o halda gözləntilər sıfırdan o yana keçməyəcək. Amma düşünürəm ki, Avropa İttifaqı və onun rəhbərliyi bu prosesdə real irəliləyişin baş verməsində maraqlı olduğunu göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv