Brüsseldə güclü partlayış – FOTO
Bu gün səhər saatlarında naməlum avtomobil Brüsseldə yerləşən Kriminalistika institutunun qapısına çırpılıb.
AzVision.az xəbər verir ki, hadisədən dərhal sonra avtomobildə olan şəxslərdən biri partlayıcı qurğunu işə salıb.
Partlayışdan sonra hadisə yerində yanğın baş verib.
İnsident zamanı xəsarət alanların olmadığı bildirilir.