!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu antibiotiklər qadağan edilir

!Reklam – Yazi

Farmakonadzor komitetinin bir il öncə ftorxinolon və xinolon qrupuna aid antibiotiklərin istifadəsinə qarşı çıxması və buna qarşı əsaslı sübutları ortaya qoyması Avropa dərman agentliyini də ciddi addım atmağa sövq etdi.

Yenicag.az xəbər verir ki, araşdırmalar göstərir ki, uzun müddət ftorxinol qruplu dərmanlar ciddi geriqayıtmaz fəsadlar yaradaraq şikəstliyə kimi gətirib çıxarır, insanın bir çox sayda sistemlərinin işini pozur.

Bu antibiotiklərin əks göstərişinə bunlar daxildir: tendinit, artralfiya, bağların qırılması, ayaqlarda ağrılar, neyropatiya, parezteziya, depressiya, yaddaş pozğunluğu, görmə, eşitmə, dadbilmənin pozulması, yerişin itməsi və s.

EMA məsləhət görür ki, bu əlamətlərin ilk simptomları görünən kimi dərmanın qəbulu dayandırılmalı, ayaqlarda keyləşmə, sızıldama, iynəbatırma kimi hiss olarsa, dərhal həkimə müraciət etmək lazımdır. Vaxtında müalicə olunmazsa, bu insan şikəst ola bilər.

EMA bu qrup antibiotiklərin Avropa Birliyi ölkələrində təyinatını qadağan etmək üçün Avropa Komissiyasının baxılması üçün təqdim edib.

www.yenicag.az

1939
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv