Bu Avropa ölkəsi Türkiyədən xahiş etdi

media-hightechnic-468x90

Rumıniya Türkiyədən “Bayraqdar” pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdən keçirməyi xahiş edib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan deyib.

“2023-cü ildə Rumıniya bizim “Bayraqdar” TB2 döyüş PUA-larımızdan 18 ədəd alıb. Onların tədarükləri bu il və sonrakı illərdə də davam edəcək. Rumıniyadan bu məhsulların birgə istehsalı üçün müraciəti var”, – o bildirib.

Səfir qeyd edib ki, müdafiə sənayesində bir neçə yarımçıq tender var və Rumıniya şirkətləri ilə əməkdaşlıq türk şirkətləri üçün çox vacibdir:

“Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Buxarestə gələcək. Bu məsələlərin gündəmdə olacağı gözlənilir”./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600