Bu avtomobillər daha 1 il vergidən azad ediləcək

media-hightechnic-468x90

Azərbaycanda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Qeyd edək ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – bu il yanvarın 1-dən 3 il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600