“Bu bıçaqların satışı qadağan olunsun” – Təklif

media-hightechnic-468x90

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur.

Yenicag.az Report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, həmin vasitələr daha çox yeniyetmə və gənclər üçün maraqlıdır:

“Gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistika göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Ona görə də həmin bıçaqların satışı və istifadəsinin qadağan olunması məqsədəuyğundur”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa