“Bu cür cinayətlərlə mübarizə daim diqqət mərkəzindədir”

media-hightechnic-468x90

Ôîðóì ïî áîðüáå ñ êîððóïöèåé“Azərbaycanda cinayətkarlığın və cinayətkarlığa qarşı mübarizənin vəziyyəti daim tədqiq edilir”.

Bunu Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında çıxış edən Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. Onun sözlərinə görə, son illərin statistikası göstərir ki, cinayət məsuliyyətinə cəlb edilən, məhkum edilən şəxslərin illik ümumi sayının orta hesabla 7 faizini dələduzluq cinayətini törədənlər təşkil edir: “Hüquq-mühafizə orqanların fəaliyyətində bu cür cinayətlərlə mübarizə daim diqqət mərkəzindədir. Bu işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması, plenumun keçirilməsi çox önəmlidir” .

F. Ələsgərov qeyd edib ki, qanunvericiliyə görə məhkəmələr müvafiq cinayət işlərinə hüquqi qiymət verməklə yanaşı, buna şərait yaradan halları da müəyyən etməli, aradan qaldırmaq üçün zəruri tədbirlər görməlidir: “Bu cinayəti dolanışıq halına çevirmiş şəxslərə qarşı tədbir görülməlidir ki, onlar yeni dələduzluq imkanlardan məhrum edilsinlər. Azərbaycanın dinamik inkişaf etdiyi bir şəraitdə məhkəmələrin fəaliyyətinin də hər zaman təkmilləşdirilməsi zəruridir” .

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600