Bu dəfə səhnədə TÜRKİYƏ: Zelenski-Putin görüşü ilə bağlı İNANILMAZ DETAL

media-hightechnic-468x90

“Rusiya-Ukrayna müharibəsinin taleyi Türkiyədə həll olunacaq”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi, danışıqlar üçün atılan addımlar və gözlənilən nəticəni Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_barzad

O, bildirib ki, hər şey ABŞ-dən asılıdır:

“Avropa İttifaqı və başqa dövlətlər Rusiya-Ukrayna probleminin çözülməsində rol oynamır. ABŞ deyir ki, tərəflər razılığa gəlsinlər. ABŞ üçün kimin udub, kimin uduzması əhəmiyyət kəsb etmir. ABŞ tərəfindən Ukraynanın ərazi güzəştinə getməsi təklifi verilib və bununla bağlı Ukrayna tərəfində konkret fikir yoxdur. Ukrayna iki dövlət başçısının görüşməsini tələb edir, iki dövlət başçısı görüşəndən sonra da üçtərəfli görüş istəyir. Digər tərəfdən, Avropa İttifaqına daxil olan NATO dövlətləri Alyaska görüşündən sonra Vaşinqtona getdi. Alyaskada Putinlə Tramp arasındakı görüşdə cəmi 15-20 dəqiqə Ukrayna məsələsi müzakirə olunub. Görüşün böyük hissəsi isə ABŞ-Rusiya münasibətlərinə həsr olunub”.

Onun sözlərinə görə, müharibənin taleyi dövlət başçılarının görüşündən asılıdır:

“Rusiya Budapeşt və Moskva şəhərlərini görüş üçün təklif edir. Zelenski isə Budapeştdən imtina etdi, hətta Moskvadan da imtina etdilər. Digər platforma isə Avstriya və İsveçrə idi. Böyük ehtimalla, bundan da imtina olunacaq. Baxmayaraq ki, Putinə təhlükəsizlik zəmanəti verirlər, qalır Türkiyə variantı. Nəzərə almalıyıq ki, Alyaska görüşündən sonra Putilə Ərdoğan arasında telefon danışığı olub. Alyaska görüşü öncəsi Putin Ərdoğana təklif edib ki, Arktikanın birgə istismarı üçün müqavilə imzalayaq. Böyük ehtimalla, Putin-Zelenski görüşü Türkiyədə olacaq və Ərdoğan da bu görüşlərdə iştirak edəcək. Daha sonra Tramp bu görüşlərə qoşulacaq. Bu da müharibənin taleyinə təsir edən amil olacaq”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa