“Bu donorların çoxunun fəaliyyəti heç də şəffaf deyil”

media-hightechnic-468x90

1781754_nQeyri Hökumət Təşkilatları haqqında qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsindən sonra Azərbaycanda bu sahədə bir sıra yeniliklər ortaya çıxdı. Məsələ ilə bağlı QHT sektoru nümayəndələrinin də fikirləri birmənalı deyil.

«Azərbaycanda Qeyri Hökumət təşkilatları sektorunun son illərdəki maliyyə portfelinin təxminən 35%-ə qədəri, 23-24 milyon manatı xarici donorlardan gəlir”.

Bunu  açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud deyib. Elməddin Behbud qanunvericiliyə dəyişikliklərdən sonra vətəndaş cəmiyyətində daha şəffaf mühitin yaranacağını bildirib: “Azərbaycan cəmiyyətinə gizli deyil ki, bu donorların çoxunun fəaliyyəti heç də şəffaf deyil”. Onlar daha çox siyasi və iqtisadi maraqlarından doğan layihələrin maliyyələşdirilməsinə üstünlük verirdilər. Azərbaycanda daha çox ehtiyac duyulan milli məsələlərlə bağlı hər hansı bir proyektin xarici donorlar tərəfindən davamlı maliyyələşdirilməsi təcrübəsi ilə rastlaşmaq demək olar ki, mümkün deyil. Hesab edirəm ki, bunlar Azərbaycanın öz sabitlik və təhlükəsizliyini təmin etməsi üçün zəruri addımlar atmağına önəmli səbəb yaradan məsələlərdəndir. QHT sektorunda şəffaflığın təmin edilməsi və ölkəmizin təhlükəsizliklə bağlı maraqlarının qorunması üçün Qeyri Hökumət Təşkilatları haqqında qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi, boşluqların aradan qaldırılması zəruri idi. Şübhəsiz ki, bu əlavə və dəyişikliklərdən sonra QHT sektorunda daha şəffaf cəmiyyətə açıq mühit yaranacaq. Ancaq söylənilən haqsız tənqidlərdə deyildiyi kimi, burada məqsəd hansısa QHT-nin bağlanması və ya fəaliyyətinin zəiflədilməsi deyil. Məlum olduğu kimi, bir sıra qeyri hökumət təşkilatlarında qanunvericiliyin tələblərinin pozulmasi, o cümlədən, vergidən yayınma ilə bağlı cinayət işi başlanılıb. Aparılan araşdırmalarla bağlı vaxtaşırı olaraq hüquq-mühafizə orqanları Kütləvi İnformasiya Vasitələrinə (KİV) açıqlama verirlər. Həmin məlumatlardan da nə qədər maliyyə vəsaitlərinin mənimsənilməsi tamamilə aydın görünür. Bütün dövrlərdə Azərbaycanda gedən inkişaf proseslərini həzm edə bilməyən azsaylı qruplar olub. Bu adamların bəziləri təəssüf ki, vətəndaş cəmiyyəti sektorunda da özünə yer edə bilib. Ancaq onlar azlıqdırlar və ciddi təsiredici gücə sahib deyillər. Azərbaycan dövləti ilə yanaşı ictimaiyyətimiz də belə qüvvələrə qarşı hər zaman barışmaz mövqeyini ortaya qoyub. Vətəndaş cəmiyyəti institutlarının əksəriyyəti Azərbaycan dövlətinin milli maraqlarının qorunması ilə bağlı qəti mövqeyini dəstəkləyir».

Azərbaycan İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi Bürosunun direktoru, insan haqları müdafiəçisi Səidə Qocamanlı isə fərqli fikirdədir. Hüquq müdafiəçisi QHT sahəsinə ögey münasibətdən narahat olduğunu deyir: “Azərbaycanda QHT sektorunda problemlər kifayət qədər çoxdur. İlk növbədə Qeyri Hökumət təşkilatlarına baxış tərzi dəyişilməlidir. Vətəndaş cəmiyyətinə imkan vermək lazımdır ki, onlar ölkəyə öz xeyrini verə bilsin. QHT-siz, vətəndaş cəmiyyəti olmadan ölkədə hansı hüquq və azadlıqdan danışmaq olar. Vətəndaş cəmiyyəti yaşamalıdır. Ölkə qanunlarında bu sahədə bir sıra boşluqlar var. Bu boşluqlar aradan qalxmasa, QHT-nin inkişafından danışmağa dəyməz. QHT-lərin qeydiyyatdan keçməsində müəyyən prosedur uzanmalarına rast gəlirik. Bu sədlər birmənalı olaraq aradan qalxmalıdır. Bir daha deyirəm ki, vətəndaş cəmiyyəti hazırda qeydiyyat və QHT-lərə vətəndaş və məmur yanaşmasına görə problem yaşayır. Biz özümüz bunları aradan qaldırmağa çalışırıq. Xaricdən gələn ianələr də bu sahədə inkişafa yönəldilir. Ölkədə sağlam vətəndaş cəmiyyəti sisteminin yaradılmasına sərf  olunur”(hafta.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600