!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu ərazilərdə Azərbaycan Ordusunun əsgərləri mövqe quracaq” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Yəni atəş açılan erməni mövqeləri darmadağın ediləcək və həmin ərazilərdə Azərbaycan Ordusunun əsgərləri mövqe quracaq”.

Bunu son dövrlər Qarabağda qanunsuz fəaliyyət göstərən separatçı rejimin hərbçilərinin Azərbaycanla Ermənistanın şərti sərhədində və rus kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərdə atəşkəsi pozmasının onların gələcək taleyinə təsirindən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, düşmənimiz son zamanlar həm şərti sərhəd, həm də rus sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərdə intensiv şəkildə atəşkəsi pozur:

“Yanaşı olaraq isə separatçı rejim Azərbaycan Ordusuna qarşı qanunsuz erməni silahlılarının müqavimətini gücləndirmək üçün mühəndis istehkam qurğuları inşa edir.

Azərbaycan Respublikası öz ərazilərində separatçı ermənilərin bu kimi fəaliyyətləri sonlandırması üçün dəfələrlə xəbərdarlıq edib. Lakin edilən xəbərdarlıqlara məhəl qoymayan Ermənistanın Qarabağdakı tör-töküntü hərbçiləri öz fəaliyyətlərindən geri çəkilmək istəmir. Bu isə Azərbaycanı onlara qarşı daha ciddi və təsirli addımlar atmağa vadar edir. Azərbaycanın özünə qarşı yaranacaq hansısa təhlükə ehtimalında atacağı sərt addımlar olacaq. Yəni atəş açılan erməni mövqeləri darmadağın ediləcək və həmin ərazilərdə Azərbaycan Ordusunun əsgərləri mövqe quracaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv