Bu ərazilərdə torpaq reydləri keçirildi

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir.

Bu barədə Yenicag.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.

Bu ilin yanvar-iyun ayları ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı ölkə ərazisində monitorinqlər keçirilib, 10 328 hal üzrə qanun pozuntuları aşkar edilib və bu barədə aidiyyəti orqanlara məktub ünvanlanıb. Aşkar edilən qanun pozuntuları ilə bağlı 1 221 inzibati protokol tərtib edilib. Bu ilin ilk ayı ərzində aparılan monitorinqlərin nəticəsinə görə ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları Bakı şəhərində, Abşeron, Şəmkir, Bərdə, Beyləqan rayonlarında olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600