Bu gün Arzu Əliyevanın doğum günüdür-Fotolar
Bu gün ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyevanın ad günüdür.
A.Əliyeva 23 yanvar, 1989-cu ildə Bakıda anadan olub. 2011-ci ildə Rusiyada yaşayan azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə qurub. Cütlüyün Aydın adlı bir oğlu var.
Arzu Əliyeva Azərbaycanda xeyriyyəçilik və digər humanitar fəaliyyət növləri ilə yaxından məşğul olur. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihənin həyata keçirilməsində fəal iştirak edir. Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır.
Bir müddət əvvəl isə A.Əliyeva “Arzu’s Bakery” adlı şirniyyat məkanı açıb.