Bu gün Azərbaycanın tələb etdiyi kənddə həyəcan siqnalı veriləcək

media-hightechnic-468x90

Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Tavuş bölgəsində həyəcan siqnalı veriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, həyəcan siqnalı bölgənin Vazaşen (Lələkənd – red.) qəsəbəsində eşidiləcək.

Həyəcan siqnalının təlim məqsədi daşıdığı deyilir: “Hər hansı bir təhlükə yarandıqda əhalinin xəbərdar edilməsi, sığınacaq və təxliyə əməliyyatlarının təşkili mövzusunda təlim keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan bu və digər 3 kəndin kəndin təcili qaytarılması ilə bağlı İrəvana müraciət edib.

Vazaşen adlandırılan Lələkəndin qədim adı isə Aşhigahdır. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub. Kənd Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub, indi Ermənistanın İcevan rayonunda yerləşir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600