!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bu gün bunu təkrarlamayacağam" - Qurban Qurbanov

!Reklam – Yazi

Sabah Millətlər Kuboku çərçivəsində Azərbaycan millisi Kosovo yığması ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında qatılan seçməmizin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

“Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib qarşılaşmadır. İlk gündən bu rəqibə böyük hörmət bəsləyirəm. Futboçularının ustalıq səviyyəsi yüksəkdir. Ancaq komandama inanıram və hazırıq. Rəqib məşqçiyə təşəkkür edirəm. Xatirinizdədirsə, mən də Kosovo yığması haqda yalnız xoş sözlər bildirmişdim. Bu gün bunu təkrarlamayacağam. Sabahkı matçda Kosovonun azarkeş sarıdan da, xal baxımından da üstün olduğunu bilirik. Farer adaları ilə görüşdən sonra da bura qələbə arxasınca gəldiyimizi demişdim. Ancaq mənim üçün ən önəmlisi futbolçuların xarakter göstərməsi, nəticə üçün ən düzgününü etmələridir. Bütün dediklərim alınsa, uğur tərəfimizdə olacaq. Hazırda elə bir fikrim yoxdur ki, deyim favorit Kosovodur, ya Azərbaycan”.

www.yenicag.az

2002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv