Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu gün buraxılış imtahanları keçirilir - YENİLƏNDİ

Azərbaycanda şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları başlayıb.

İmtahanlar şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3284 imtahan zalında keçirilir.

İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi cəlb olunub.

İmtahanlarda 25597 şagirdin (abituriyentin) iştirakı nəzərədə tutulur.

***

08:43

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

Yenicag.az xəbər verir ki, imtahanlarda 25 min 597 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlar respublikanın 39 şəhər və rayonunda keçiriləcək. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

www.yenicag.az

367
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100