Bu gün geomaqnit qasırğası baş verib

media-hightechnic-468x90

Maqnir qasirgasi 1 (1)Geomaqnit həyəcanlanmasının gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir

Bu gün qəfil geomaqnit qasırğası baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.

Onun sözlərinə görə, nəticədə əsas indekslərdən biri olan Kp-nin qiyməti 5-ə qalxıb (maksimum qiymət 9-a bərabərdir): “Bundan əvvəlki günlərdə aparılan monitorinq “kosmik hava”nın nisbətən sakit olmasını göstərirdisə, 19 sentyabr tarixində səhər saat 7-10 arası G1 kateqoriyalı geomaqnit qasırğası generasiya olunub”.

E. Babayev deyib ki, qasırğaya səbəb Planetlərarası Maqnit Sahəsinin (PMS) qəfil fluktuasiyaları olub: “Planetlərarası Maqnit Sahəsi cənub istiqamətini göstərib, bununla da yüklü zərrəciklərin Yerin maqnitosferinə asan daxil olmasına əlverişli fiziki şərait yaradıb. Günəş küləyi isə “oda yağ qatıb”.

Geomaqnit həyəcanlanmasının gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir. Şimal en dairəsində yerləşən ölkələrin sakinləri artıq gözəl təbiət hadisəsi olan Qütb Şəfəqini müşahidə ediblər.

Hazırda Günəş səthində 75 ləkə müşahidə olunsa da, onlar nisbətən passivdir. Günəş diskində isə yüksək sürətli plazma küləyinin və həyəcanlanmanın mənbələrindən olan tac dəlikləri müşahidə olunmur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600