Bu gün girovlarımızın məhkəməsi olacaq
İyul ayında Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda erməni silahlı yaraqlıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun bu gün qondarma məhkəməsi olacaq.Dağlıq Qarabağdakı separatçı rejimin təşkil etdiyi “məhkəmə” prosesi bu gün Xankəndidə başlayacaq.
Qeyd edək ki, soydaşlarımıza qarşı qondarma ittihamlarla “cinayət işi” açılıb. Onların işi Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verilib. (modern.az)