Bu gün hava necə olacaq?

media-hightechnic-468x90

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gündüz 19-24, Bakıda isə 22-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gündüz 23-28, dağlarda isə 13-17 dərəcə isti təşkil edəcək.

media-ziraat-728x90

Hava necə olacaq?

media-hightechnic-468x90

buludlu_hava_456Noyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Temperaturun gecə 5-8°, gündüz 12-17°, Bakıda gecə 5-7°, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3-6°, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s sürətlə əsəcək. Temperaturun gecə 5-8°, gündüz 13-18°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600