Bu gün Metropoliten işçilərinin peşə bayramıdır

media-hightechnic-468x90

thumb_metro_918Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən  verilən məlumata görə, 45 illik fəaliyyəti dövründə metropoliten böyük inkişaf yolu keçib. Stansiyaların sayı dörd dəfədən çox artıb. İstismarda olan yolların ümumi uzunluğu 86.71 kilometrə, tunellərin ümumi uzunluğu isə 91.36 kilometrə çatıb. Xətlərin ümumi uzunluğu 34.56 kilometrdir. Vaqon parkındakı 266 vaqonun hamısı daşıma həcminin tələblərinə cavab verir.

Bildirilib ki, dövlət başçısı İlham Əliyev Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük əhəmiyyət verir. Bu, öz təsdiqini son beşillikdə metronun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yollarımızın inkişafı istiqamətində görülən tədbirlər, metronun qarşıdakı 20 ildə inkişaf planının qəbul olunmasında tapır. Həmin plana görə, yaxın 20 il ərzində metropoliten yollarının uzunluğu 119 kilometrə, stansiyaların sayı 76-ya çatacaq. (salamnews.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600