Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.
Yenicag.az xəbər verir ki, üçüncü Qədr gecəsi mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.
Ramazan ayının sonuncu Qədr gecəsi mayın 9-da olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.
Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.
www.yenicag.az