Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Yenicag.az-a bildirilib ki, Günəş fəallığı artıb, 10 santimetrlik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb.

Günəş küləyinin maksimal sürəti saniyədə 623 kilometrədək artıb. vakansiya

Proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faizdir.

Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.

TKA-nın və müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə növbəti günlərdə G1(zəif) – G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600