!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu halda, PKK terror təşkilatı YPG-nin çətiri altında yenidən qurulacaq” – Cihat Yaycı

!Reklam – Yazi

“PKK-nın aradan qaldırılması ritorikası YPG-ni qanuniləşdirməyə hazırlıqdır. Ölkəmizə qarşı olan bu tələ çox böyükdür!”

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin rəhbəri Cihat Yaycı sosial şəbəkə hesabında yazıb.

“Tutalım ki, PKK Abdullah Öcalanı dinləyib, silahı yerə qoyduğunu bəyan etdi (Öcalan bunu desə də, həyata keçirməyəcək). Belə olan halda, ABŞ və bir çox ölkə tərəfindən terror təşkilatı sayılan PKK yox olacaq, lakin YPG çətiri altında qurulacaq yeni terror dövləti heç bir dövlət tərəfindən terrorçu kimi qəbul edilməyəcək”.

O əlavə edib ki, bu zaman Türkiyənin terrorla mübarizə haqqı artıq beynəlxalq hüquq baxımından keçərli olmayacaq:

“Türkiyənin bu çərçivədə ölkə xaricində hərbi varlığı da beynəlxalq hüququn pozulmasına çevriləcək. Sonradan isə deyiləcək ki, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmalıdır. Bu prosesdə Konstitusiyada ediləcək dəyişikliklərlə Türkiyənin bölünməz bütövlüyü təhlükə altına düşəcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

73
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv