“Bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”

media-hightechnic-468x90

uorlik“Bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik martın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmanı pisləyib.

C. Uorlik bu barədə “Twitter” hesabında yazıb.

“Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”, – deyə C. Uorlik qeyd edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da erməni silahlı bölmələrinin hücumunun qarşısının alındığını, düşmənin 20-dək hərbçisinin öldürüldüyünü və yaralandığını açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600