Bu icra hakimiyyətində yoxlamalar başladı

media-hightechnic-468x90

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparır.

APA-nın əldə etdiyi xəbərə görə, yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.

Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi artıq dindirilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa