“Bu iddialar Rusiyanın öz ərazisinin itirilməsi ilə nəticələnəcək”
İmperiya iddiaları Rusiyanın ərazi bütövlüyünün itirilməsi ilə nəticələnəcək.
Belə bir bəyanatla Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili çıxış edib.
Onun sözlərinə görə, Rusiyanın Krım, Abxaziya və Cənubi Osetiya ilə birgə gələcəyi yoxdur: “Ümumiyyətlə, Rusiyanın bu bölgələrdə Rusiyanın heç bir gələcəyini görmürəm. Bu iddialar Rusiyanın öz ərazisinin itirilməsi ilə nəticələnəcək. Bu bizim yox, Rusiyanın öz seçimidir”.
Saakaşvili Rusiyanı bütöv və demokratik bir ölkə kimi görmək istədiklərini bildirib: “Amma Putin buna imkan vermir. Putin artıq Rusiyanın dağılma prosesinə strat verib və bu qaçılmazdır. Onun Krım avantürası isə bu prosesi tezləşdirəcək. Rusiyanın daxilində ciddi problemlər yaranacaq və o işğal etdiyi bütün ərazilərdən gedəcək və bu da Putinin Rusiya üçün miras qoyduğu bir problem olacaq”(avropa.info).