!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək

!Reklam – Yazi

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkisi keçirilməyəcək.

Yenicag.az  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) report-a məlumat verilib.

Bildirilib ki, bu günə qurumun iclası təyin edilməyib.

Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkisini MSK təyin edir:

“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.

Bundan əvvəlki bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib.

Seçki məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.

Qurumdan qeyd edilib ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək.

COP29

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv