Əvvəlki lüğətdə olan qüsurlar artıq aradan qaldırılıb
Yeniçağ.Az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Saytların dil mənzərəsi” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov deyib.
O bildirib ki, yeni lüğət çox ehtiyatla, geniş şəkildə aparılmış müzakirələr nəticəsində hazırlanıb: “Əvvəlki lüğətdə olan qüsurlar artıq aradan qaldırılıb”.
Mütəxəssis qeyd edib ki, yeni Orfoqrafiya lüğəti çap olunandan sonra onun elektron versiyası Dilçilik İnstitutunun rəsmi saytında yerləşdiriləcək: “Artıq hər kəs lüğətdən istifadə edə biləcək”.
Yeniçağ.Az
www.yenicag.az