!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il universitetə qəbul olan şəhid övladları - SİYAHI

!Reklam – Yazi

Bu il ali məktəblərə qəbul olan məzunlar arasında şəhid övladları da var.

Yenicag.az universitetə qəbul olan şəhid övladlarını təqdim edir:

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli Türkiyənin Bursa Uludağ Universitetinin Stomatologiya fakültəsinə daxil olub.

Vətən müharibəsində şəhid olan baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova ADA Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alacaq.

Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Əlihəsən Orucov Azərbaycan Memarlıq və İnşaat universitetinə qəbul olub.

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi fakültəsində təhsil alacaq.

Şəhid çavuş Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərov Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsinə qəbul olub.

Şəhid polkovnik-leytenant Sənan Axundovun qızı Nəzrin Axundova – Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti (ГАСУ) Memarlıq fakültəsi.

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu – İstanbul Texniki Universiteti, ADA Universiteti

Şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev – Giresun Universiteti

Şəhid polkovnik Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kommunikasiya sistemləri mühəndisliyi

Şəhid baş leytenant Elmar İbayevin oğlu Hikmət İbayev – Alanya Alaaddin Keykubat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti

Şəhid mayor Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Elektrik və elektronika mühəndisliyi

Şəhid çavuş Bəxtiyar Bəkirovun oğlu Yavər Bəkirov – Azərbaycan Tibb Universiteti, Hərbi tibb

Şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli – Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi

Şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva – Azərbaycan Dövlət Pedoqoji Universiteti, Riyaziyyat müəllimliyi

Şəhid miçman Mirzə Axundovun oğlu Ağasəlim Axundzadə – İstanbul Aydın Universiteti

Şəhid mayor Sübhi Mürsəliyevin oğlu Rüstəm Mürsəliyev – Azərbaycan Texniki Universiteti

Şəhid mayor İlqar Verdiyevin oğlu Orxan Verdizadə – ADA Universiteti, Biznesin idarə edilməsi

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv