!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu iş yerlərində təhlükəsizlik qaydaları necə qorunmalıdır?

!Reklam – Yazi

“Xüsusən də təhlükə riski olan sahələrdə – kimyəvi tərkibli xam maddələr, yaxud da yanma, alışma riski yüksək olan məmulatlarla çalışılan yerlərdə mütləq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər müxtəlif təyinatlı obyektlərdə, iş yerlərində baş verən yanğınlar və görülən işlər zamanı təhlükəsizlik qaydalarına riayət olunması barədə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, iş yerlərində, obyektlərdə yanğın, partlayış hadisələrinin baş verməsinin əsas səbəblərindən biri texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhslükəsizlyi qaydalarının pozulmasından baş verir.

“Ümumiyyətlə, bütün iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Yəni, işçilərin həyat və sağlamlığı üçün hər hansı təhlükə riski olmamalıdır. Bütün görüləcək işlərin hər biri təhlükəsiz şəraitdə görülməlidir. Hər hansı işin görülməsi zamanı yanğın, partlayış təhlükəsi, yaxud işçinin həyat və sağlamlığı üçün hər hansı təhlükənin olmaması lazımdır. Xüsusən də təhlükə riski olan sahələrdə – kimyəvi tərkibli xam maddələr, yaxud yanma, alışma riski yüksək olan məmulatlarla çalışılan yerlərdə mütləq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”, – deyə o əlavə edib.

E.Nurəliyev qeyd edib ki, obyektdə yanğın təhlükəsizlyinə dair rejim yaradılmalıdır:

“İşçilərin hər birinin yanğın təhlükəsizliyinə dair olan məlumatlardan xəbərdar olmalıdır. Görülən işlər xüsusi təhlükəsizlik məlumatlarını bilərək həyata keçirilməlidir. Burada siqareti təyin edilmiş yerdə çəkməkdən tutmuş, açıq alovdan istifadə etməməyə qədər, riayət edilməlidir. Əgər hər hansı qığılcım yaradan alətlərlə çalışılırsa və ətrafda da yanma təhlükəsi yüksək olan maddə varsa, yanğın, partlayış kimi hadisələr qaçınılmaz olur. Burada hər hansı təyinatlı iş yeri olmasından asılı olmayaraq, yanğın təhlükəsizliyinə dair qaydalara ciddi şəkildə yanaşmaq lazımdır ki, bu kimi hadisələr ortaya çıxmasın və nəticədə kiminsə bədbəxt hadisə ilə üzləşməsinə səbəb olmasın”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

91
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv