!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu komandalar üçün tsikl başa çatdı - gecənin bütün nəticələri

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu tura start verilib.

Yenicag.az xəbər verir ki, bu gün baş tutan 10-cu turun oyunlarından sonra C, E və F qruplarında mübarizəyə yekun vurulub.

Milli komandamızın da mübarizə apardığı C qrupunda qalib və ikinci yerin sahibi bəlli olduğu üçün son oyunlar formal xarakter daşıyırdı. Yığmamız səfərdə Almaniya ilə qarşılaşıb və böyük hesabla uduzub. Çexiya San Marino, Norveç isə Şimali İrlandiya üzərində qələbəyə sevinib. Millimiz bu qrupu 10 xalla 5-ci pillədə başa vurub.

E qrupunda isə hər şey son turda bəlli olub. Polşa mundiala birbaşa yollanmaq üçün evdə Çernoqoriyadan üstün olmalıydı. 6 qolluq qarşılaşmada bu vəzifənin öhdəsindən gələn polşalılar DÇ-yə vəsiqəni təmin ediblər. Danimarka isə birincilik üçün Rumıniyanı yenib polyakların məğlubiyyətini gözləməliydi. Amma polşalılar uduzmadığı kimi, danimarkalılar da qələbə qazana bilməyiblər. Buna baxmayaraq, Danimarka yığması qrup ikincisi kimi pley-offda oynamaq hüququna yiyələnib.

F qrupunda da isə son tur ikinci yerin sahibini müəyyən edib. Lider İngiltərə Litva səfərindən qalib qayıtmaqla seçmə mərhələni məğlubiyyətsiz başa vurub. Slovakiya da Maltaya böyük hesabla qalib gəlib. Şotlandiyanın Sloveniya ilə oyundan xal itirməsi isə britaniyalılara baha başa gəlib. Belə ki, Slovakiya və Şotlandiya eyni xala malik olsa da, əlavə göstəricilərə görə, birincilər qrup ikincisi kimi pley-offa vəsiqəni təmin ediblər.

DÇ-2018-in seçmə mərhələsi
8 oktyabr

C qrupu

Çexiya – San Marino 5:0
Qol: Krmençik, 8; 23. Kopiç, 27. Novak, 71. Kadleç, 83.

Almaniya – Azərbaycan 5:1
Qol: L.Qoretska, 9; 66. S.Vaqner, 55. A.Rudiger, 64. Ə.Can, 81 – R.Şeydayev, 34.

Norveç – Şimali İrlandiya 1:0
Qol: Brant, 71.

Almaniya – 30, Şimali İrlandiya 19, Çexiya – 15, Norveç – 13, Azərbaycan – 10, San Marino – 0.

E qrupu

Danimarka – Rumıniya 1:1
Qol: Eriksen, 60-pen – Deaç, 88.

Qazaxıstan – Ermənistan 1:1
Qol: Turisbek, 62 – Mxitaryan, 26.

Polşa – Çernoqoriya 4:2
Qol: Maçinski, 6. Qrosiçki, 16. Levandovski, 85. Stoykoviç, 87-öz qapısına – Muqoşa, 78. Tomaşeviç, 83.

Polşa – 25, Danimarka – 20, Çernoqoriya – 16, Rumıniya 13, Ermənistan – 7, Qazaxıstan – 3.

F qrupu

Litva – İngiltərə 0:1
Qol: Keyn, 27.

Slovakiya – Malta 3:0
Qol: Nemeç, 33; 62. Duda, 69.

Sloveniya – Şotlandiya 2:2
Qol: Bezyak, 52; 72 – Qriffits, 32. Snodqrass, 88.

İngiltərə – 26, Slovakiya 18, Şotlandiya – 18, Sloveniya – 15, Litva – 6, Malta – 1.

www.yenicag.az

2968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv